Bank Of Baku

«Alcatel-Lucent» şirkəti Azərbaycana WiMAX şəbəkəsi üçün avadanlıq göndərəcək

«Alcatel-Lucent» şirkəti Azərbaycana WiMAX şəbəkəsi üçün avadanlıq göndərəcək
# 16 sentyabr 2008 15:33 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. «Alcatel-Lucent» ABŞ-Fransa müştərək şirkəti Azərbaycanın «Delta Telecom» şirkətinin ilk WiMAX kommersiya şəbəkəsi üçün avadanlıq tədarük edəcək. «APA-Economics»in məlumatına görə, bununla yanaşı «Alcatel-Lucent» WiMAX-ın istifadəyə verilməsi və «Delta Telecom»un magistral infrastrukturunun modernləşdirilməsi üzrə xidmətlər göstərəcək.
WiMAX şəbəkəsi «Delta Telecom»un Azərbaycanın azsaylı əhalisi olan rayonlarında genişzolaqlı simli şəbəkəsinə əlavəsi kimi fəaliyyət göstərəcək. Şəbəkə 2008-ci ilin sonunda istifadəyə veriləcək. Müqavilənin maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, «Delta Telecom» VSAT texnologiyasının istehsalçısı olan «Hughes Network Systems» şirkətinin, Beynəlxalq Peyk Rabitə Operatoru «Eutelsat»ın və optik lif avadanlıqlarının istehsalı üzrə lider olan «Pandatel AG» şirkətinin region üzrə rəsmi distribütorudur. Şirkət Azərbaycan Milli Elmlər Akademiyası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumları və özəl yerli və xarici şirkətlərə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR