Bank Of Baku

Yaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq

Yaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq
# 16 sentyabr 2008 15:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın günlərdə Bakı şəhərində daha bir şəhərdaxili sərnişin avtobus marşrutuna yeni avtobusların buraxılması planlaşdırılır.
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bir neçə gün əvvəl paytaxt küçələrində istismara buraxılan iri tutumlu «MAN» və «MAZ» sərnişin avtobusları artıq paytaxt sakinlərinə xidmət göstərir. Almaniya istehsalı olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni avtobuslar artıq 106 və 20 saylı avtobus marşrutlarından istifadə edən sərnişinlərin ixtiyarına verilib. Yeni avtobuslardan daha bir xətt üzrə - 345 nömrəli marşrutla da hərəkət nəzərdə tutulub. Hazırda bu marşrut üzrə peşəkar sürücülərin hazırlanması mərhələsi başa çatmaq üzrədir.
Qeyd edək ki, ən son texniki nailiyyətlərin tətbiq edildiyi və uzunluğu 11,8 metr olan avtobusların 38 oturacaq yeri var. Onların hər biri ilə 98 sərnişin daşımaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR