Bank Of Baku

Avqustda Bakının təkrar bazarında əsas üstünlük 3 otaqlı mənzillərə məxsus olub

Avqustda Bakının təkrar bazarında əsas üstünlük 3 otaqlı mənzillərə məxsus olub
# 16 sentyabr 2008 16:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayı ərzində Bakı şəhərinin təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında heç bir dəyişiklik baş verməyib. Ümumi təklif portfelində köhnə mənzillərin payı iyul ayındakı kimi az olub. Yeni tikililərin təkrar bazardakı payında isə müvafiq olaraq artım müşahidə olunub. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Bazarda təklifin çoxalmasına (+4,6%) və bağlanan əqdlərin sayının stabil qalmasına baxmayaraq, orta qiymətdə 1,2% artım qeydə alınıb. Orta qiymət ay ərzində 1604 dollar/1 kv. m-dən 1624 dollar/1 kv.m-ə qalxıb. Bu, əsasən yay mövsümünün başa çatması, potensial alıcıların bazara daxil olması nəticəsində aktivliyin artması ilə əlaqədardır.
Ay ərzində təkrar bazarda orta qiymətlərdə Xətai, Suraxanı, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında orta qiymətin azalması, digərlərində isə artımı baş verib.
Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində iyul ayından fərqli olaraq artım baş verib. Bazara təqdim olunan «yeni tikililər»in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur.
Aparılan araşdırmalara əsasən, avqust ayında da təklif 4,6% artıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 7100-ü ötüb.
Yeni tikililərin təkrar bazarda ümumi təklif portfelində həlledici mövqeyə qalxması nəticəsində artıq otaq sayına görə təklif portfelində də dəyişiklik qeydə alınıb. Uzun illərdir ki, bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələməsi tendensiyası aradan qalxmaq üzrədir. Avqust ayında aparılan araşdırmalar təkrar bazarda da, ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (33,7%) 2 otaqlıları (31,3%) üstələdiyini müəyyən edilib.
Yeni tikililərin təkrar bazardakı payının artması rayonlar üzrə təklif portfelində də dəyişikliyə səbəb olub. Avqustda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (21,7%) başçılıq edib.
Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və rayonların təklif portfelindəki ümumi payı 70,5%-ə bərabərdir.
Ay ərzində azotaqlı və çoxotaqlı mənzillərin sayında dəyişmələr müşahidə edilib. Belə ki, 1, 3, 4 və 5 otaqlı mənzillərin sayında artım, 2 otaqlı mənzillərin sayında isə azalma baş verib. Araşdırmalar göstərir ki, çoxotaqlı mənzillərin sayının artması bazarda yeni tikililərin sayının çoxalması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR