Bank Of Baku

Bakıda Milli Arxiv İdarəsi üçün yeni korpus tikiləcək

Bakıda Milli Arxiv İdarəsi üçün yeni korpus tikiləcək
# 17 sentyabr 2008 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ərazilərinin Bərpası və Yenidən qurulması üzrə Agentlik (AYBA) Milli Arxiv İdarəsinin kompleks binaları yerləşən ərazidə köhnə Alunit Zavoduna məxsus enerji blokunun binasının yerinə 2 mln. saxlama vahidi tutumunda yeni arxiv korpusunun tikintisinə dair açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər sənədlərini və tender təkliflərini bu ilin oktyabrın 27-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 28-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 561-70-25.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR