Bank Of Baku

«Cisco» Azərbaycanı İKT sahəsində regional mərkəzə çevirmək niyyətindədir

«Cisco» Azərbaycanı İKT sahəsində regional mərkəzə çevirmək niyyətindədir
# 17 sentyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İnformasiya texnologiyaları sahəsində dünya liderlərindən olan «Cisco» şirkətində regional təşkilati dəyişikliklər keçirilib.
Şirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Cisco»nun MDB ofisinə daxil olan bir sıra dövlətlər, o cümlədən Azərbaycan «Cisco» şirkətinin Şərqi Avropa bölməsinə keçirilib. Bu bölməyə şirkətin vitse-prezidenti Kaan Terzioğlu rəhbərlik edir. Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionları əhatə edən həmin bölməyə 19 ölkə daxil edilib. Azərbaycan «Cisco»nun Şərqi Avropa bölməsi çərçivəsində Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla birgə Əli Kuralqanın rəhbərlik etdiyi Mərkəzi Asiya qrupuna daxil edilib.
«Cisco» şirkətinin vitse-prezidenti K.Terzioğlunun sözlərinə görə, şirkət regionda fəaliyyətini genişləndirmək və yeni texnologiyaların tətbiqini daha da tezləşdirmək üçün bu addımı atıb və əsas məqsədi region ölkələrinə daha yaxın olmaqdır.
K.Terzioğlu qeyd edib ki, Azərbaycanda informasiya texnologiyaları sahəsində olan potensialını və bu sektorun Azərbaycandakı inkişaf templərini nəzərə alaraq, «Cisco» şirkəti Azərbaycanı Mərkəzi Asiya regionu üçün İKT sahəsində regional mərkəzə çevirmək niyyətindədir: «Bunun üçün Azərbaycanda bütün imkanlar var. «Cisco»nun məqsədi Azərbaycanda informasiya texnologiyalarını inkişaf etdirərək ölkənin tərəqqisinə müvəffəq olmaq və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına gətirməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR