Bank Of Baku

Yaxın bir ayda Azərbaycan paytaxtında yeni avtomobil körpüsü istifadəyə veriləcək

Yaxın bir ayda Azərbaycan paytaxtında yeni avtomobil körpüsü istifadəyə veriləcək
# 17 sentyabr 2008 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin «Əzizbəyov» metro stansiyası dairəsində inşa edilən yol qovşağı kompleksinə daxil olan Ziya Bünyadov və Qara Qarayev prospektlərini birləşdirən yolötürücü bu ilin sentyabrın ayının sonu və ya oktyabr ayının əvvəlində istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.
Artıq yol ötürücüsündə tikinti işləri tamamlanıb. Hazırda dizayn işləri görülür.
Qeyd edək ki, ümumi uzunluğu 3600 poqon metr olan mürəkkəb konstruksiyalı yol qovşağı 9 körpü və 11 trasdan ibarətdir. Körpülər 80 dayaqdan ibarət olacaq.
Yol qovşağının inşasına 2006-cı ilin mart ayında başlanıb və tikinti işlərini Azərbaycanın «Azərkörpü» şirkəti həyata keçirir. Bu yol qovşağında Bakıda ilk dəfə olaraq asma körpü də inşa ediləcək.
Cari ilin sonunadək yol qovşağının Ziya Bünyadov prospektindən Heydər Əliyev Beynəlxalq Hava Limanına və Bakıxanov qəsəbələrinə gedən traslarının istifadəyə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR