Bank Of Baku

«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir

«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir
# 17 sentyabr 2008 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İnformasiya texnologiyaları sahəsində dünya liderlərindən olan «Cisco» şirkəti Azərbaycanda sistemli şəkildə iri layihələr həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Cisco» şirkətinin Şərqi Avropa bölməsinin rəhbəri Kaan Terzioğlu bildirib.
K.Terzioğlunun sözlərinə görə, prioritet sahələrdən biri dövlət sektorudur: «Biz Azərbaycanın dövlət strukturları ilə birgə müxtəlif layihələr həyata keçirmək fikrindəyik».
Həmçinin, «Cisco» ölkədə bank, telekommunikasiya, təhsil və digər sahələrdə yeni texnologiyaları tətbiq etməyi planlaşdırır. Bundan əlavə, «Cisco» Azərbaycanda NGN layihəsinin həyata keçirilməsində kömək etməyə hazırdır.
K.Terzioğlunun fikrincə, «Cisco» şirkəti bu istiqamətdə öz böyük təcrübəsi və müasir texnologiyaları ilə Azərbaycan üçün önəmli tərəfdaş ola bilər.
K.Terzioğlu həmçinin qeyd edib ki, «Cisco» Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialını gücləndirmək üçün Şəbəkə Akademiyalarının sayını artırmaq, tədris proqramlarını genişləndirməyi planlaşdırır: «Texnologiyalar sahəsində məlumatlandırmanı gücləndirmək üçün yaxın müddət ərzində «Cisco» bir neçə maraqlı tədbir təşkil etmək niyyətindədir».
Qeyd edək ki, Azərbaycan «Cisco» şirkətinin Şərqi Avropa bölməsinə daxil edilib. Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi regionları əhatə edən bu bölməyə 19 ölkə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR