Bank Of Baku

Azərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib

Azərbaycan Nəqliyyat Nazirliyində seminar keçirilib
# 19 sentyabr 2008 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihəsinə dair seminar keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
«Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyinə dəstək seminarının keçirilməsində məqsəd layihə və onun mahiyyəti barədə məlumat vermək, gələcəkdə görüləcək işlər və prioritetlər barədə iştirakçılarla birgə müzakirə aparmaqdır.
Seminarda «Azəryolservis» ASC, onun missiyası, məqsədləri və regional ofislər də daxil olmaqla strukturu, Məsləhət Şurasının mümkün rolu da daxil olmaqla, Nəqliyyat Nazirliyi ilə «Azəryolservis» arasında xidməti sazişlər və icra göstəriciləri, «Müştəri» və «Təminatçı» anlayışları, ilk pilot təcrübələr-təklif və onun müzakirəsi, həmçinin istismar standartları, materiallar, müqaviləyə nəzarət edilməsi məsələləri müzakirə olunub. Seminarda «Finnroad» şirkətinin nümayəndələri, layihə üzrə qrup rəhbəri Esko Sirvio və idarəetmə üzrə mütəxəssis Antti Talvitie iştirak edib.
Qeyd edək ki, məsləhətçi şirkət «Azəryolservis» ASC-nin Korporativ Planının həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyi üçün 5 müzakirə sənədi hazırlayıb. Bu planın əsas komponentləri 5 seminardan ibarətdir. Bu seminarlarda korporativ plana dair bütün əhəmiyyətli məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR