Bank Of Baku

Nəqliyyat Nazirliyi: Bakı küçələrindən 1000-dək yararsız sərnişin avtobusu istismardan çıxarılıb

Nəqliyyat Nazirliyi: Bakı küçələrindən 1000-dək yararsız sərnişin avtobusu istismardan çıxarılıb
# 26 sentyabr 2008 09:05 (UTC +04:00)
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakıda nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə intensivləşdirib. Nəticədə, Bakı da bütün iri şəhərlərə xas olan nəqliyyat problemləri ilə üzləşib. Azərbaycan paytaxtında nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə, eləcə də «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı»na müvafiq olaraq Nəqliyyat Nazirliyi kompleks tədbirlər həyata keçirir. Kompleks tədbirlərin tərkib hissəsi olaraq artıq son günlərdə kiçik tutumlu, texniki parametrlərinə görə standartlara cavab verməyən avtobusların paytaxtın əsasən mərkəzi prospekt və küçələrində hərəkətinə məhdudiyyət qoyulub.
«Ümumiyyətlə, Bakı şəhərində nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən sahibkarlara avtobus parkının yeniləşdirilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, problem aylardan bəri davam etdiyi üçün Nəqliyyat Nazirliyi konkret olaraq tədbirlər həyata keçirməyə başlayıb. Görülən tədbirlər sərnişinlərə yüksək səviyyəli xidmət göstərməklə yanaşı həm də paytaxtda son zamanlar geniş vüsət alan tıxac probleminin aradan qaldırılmasına köklənib. Xətdən çıxarılan istismara yararsız, bəzən yük daşımaq üçün nəzərdə tutulan avtobusların yerinə bu günlərdə daha bir neçə yeni avtobus istismara veriləcək», - deyə nazirlikdən bildirilib.
Nazirlikdən əlavə olunub ki, ümumiyyətlə, şəhər nəqliyyatında köklü dəyişikliklər edilməsi nəzərdə tutulub. Bura Nəqliyyatda İntellektual İdarəetmə Sisteminin qurulmasından başlayaraq şəhərdə yeni tipli dayanacaqların quraşdırılmasına kimi müxtəlif kompleks tədbrlər daxildir.
Qeyd edək ki, beynəlxalq standartlara cavab verən yeni avtobuslar Almaniya, Koreya, Belarus və Çin istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR