Bank Of Baku

Naxçıvanda fəaliyyət göstərən «Naxtel» simsiz rabitə şəbəkəsi yeni servis xidmətini istifadəyə verib

Naxçıvanda fəaliyyət göstərən «Naxtel» simsiz rabitə şəbəkəsi  yeni servis xidmətini istifadəyə verib
# 26 sentyabr 2008 21:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən «Naxtel» simsiz rabitə şəbəkəsi yeni servis xidmətini istifadəyə verib. Naxçıvan MR Rabitə və İnformasiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri Lətafət Əhmədovanın APA-nın yerli bürosuna verdiyi məlumata görə, 550 xidmətinin istifadəyə verilməsi telefonların borca görə bağlanması və borc ödənildikdən sonra açılmasının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Artıq bununla bağı nazirlikdə yeni server işə salınıb. Xidmət sahəsi Məlumat Hesablama Mərkəzinə qoşulub.
L. Əhmədova bildirib ki, bu mərkəz vasitəsilə hər ayın 10-dan başlayaraq abunəçiyə anons vasitəsilə borc haqqında məlumat bildirilir. Ayın 20-ə qədər ödəniş təmin edilməzsə, borcu qalan nömrələri server müəyyənləşdirəcək və həmin nömrəyə xidmət olunması dayandırılacaq.
Yeni serverin istifadəyə verilməsi həm simsiz «Naxtel», həm də simli telefonların abunəçilərinə 24 saat ərzində telefon borcları haqqında məlumat almaq imkanı verir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində (MR) JDMA texnologiyasına əsaslanan «Naxtel» simsiz rabitə sistemi 2006-cı ilin mart ayında istifadəyə verilib.
Hazırda «Naxtel»in 4 000-dən artıq abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR