Bank Of Baku

AZAL oktyabrın 4-dən Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır

AZAL oktyabrın 4-dən Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır
# 26 sentyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) bu ilin oktyabr ayının 4-dən etibarən Bakı-Lənkəran-Bakı marşrutu ilə sərnişin aviareyslərini həyata keçirməyə başlayacaq.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, uçuşlar hər həftənin II və VI günləri, Bakıdan saat 09:00-da yerinə yetiriləcək. Bakı-Lənkəran sərnişin aviareysi AZAL-ın Fransadan yeni aldığı ATR təyyarələri ilə həyata keçiriləcək. Aviabiletin satış qiyməti Bakı-Lənkəran marşrutu ilə 41 manat, Bakı-Lənkəran-Bakı marşrutu ilə isə 82 manat təşkil edəcək.
Qeyd edək ki, Lənkəran hava limanının tikintisinə dövlət büdcəsindən 51,1 mln. manat ayrılıb. Aeroport gələcəkdə beynəlxalq status alarsa, buradan beynəlxalq sərnişin və yük daşımalarının da həyata keçirilməsi mümkün olacaq. Hava limanının açılış mərasimi isə yaxın günlərdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR