Bank Of Baku

İlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək

İlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək
# 26 sentyabr 2008 12:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin birgə yaratdığı Standartlaşdırma üzrə «İnformasiya-kommunikasiya texnologiyaları» Texniki Komitənin iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Texniki Komitənin əsasnaməsi üzv təşkilatların nümayəndələri tərəfindən müzakirə olunub. Əsasnamə rəy və təkliflər nəzərə alınmaqla, qəbul edilib. İclasda Texniki Komitənin ilin sonuna qədər olan iş planı da təsdiqlənib. Plana uyğun olaraq, informasiya təhlükəsizliyi üzrə hazırlanmış Azərbaycanın milli standartların layihələrinin cari ilin sonuna kimi müzakirəsi üçün Texniki Komitə tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. İclasda Komitənin gələcək fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Texniki Komitənin əsas məqsədi İKT sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak etməkdir. Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR