Bank Of Baku

Azərbaycanda iki dəmir yolu stansiyasının adı dəyişdirilib

Azərbaycanda iki dəmir yolu stansiyasının adı dəyişdirilib
# 02 oktyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) iki stansiyasının adı dəyişdirilib. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədov bildirib ki, ADDY rəisi Arif Əsgərovun imzaladığı «Stansiyaların adlarının dəyişdirilməsi haqqında» əmrə əsasən, dəmir yolunun Əli Bayramlı və Şirvan stansiyalarının adları dəyişdirilib.
«Şirvan şəhərinin ərazisində fəaliyyət göstərən «Əli Bayramlı» stansiyasının adının yerləşdiyi coğrafi ərazinin adına uyğunlaşdırılması və bununla əlaqədar Sumqayıt şəhərinin ərazisində yerləşən «Şirvan» stansiyasının adının dəyişdirilməsi zərurəti yaranıb. Bu məqsədlə Prezident Aparatına müraciət edilib. Prezident administrasiyası tərəfindən Əli Bayramlı və Sumqayıt şəhərində yerləşən «Şirvan» stansiyalarının müvafiq olaraq «Şirvan» stansiyası və «Hacı Zeynalabdin Tağıyev» çeşidləmə stansiyası adlandırılmasına razılıq verilib», - deyə N.Əzməmmədov vurğulayıb.
Bundan sonra ADDY-nin «Əli Bayramlı» stansiyası «Şirvan», Sumqayıtdakı «Şirvan» stansiyası isə «H.Z.Tağıyev» çeşidləmə stansiyası adlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR