Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yerli inzibati binalarının təmiri üçün tender keçirir

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yerli inzibati binalarının təmiri üçün tender keçirir
# 02 oktyabr 2008 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2008-ci ildə ərazi orqanlarının inzibati binalarının təmiri işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, təmir işləri 3 ay müddətinə yerinə yetirilməlidir. Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin noyabr ayının 11-dək, tender təkliflərini isə noyabrın 18-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası noyabrın 19-da keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 440-60-32.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR