Bank Of Baku

Azərbaycanda yeni milli axtarış sistemi istifadəyə verilib

Azərbaycanda yeni milli axtarış sistemi istifadəyə verilib
# 02 oktyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yeni milli axtarış sistemi olan veb-portal istifadəyə verilib.
«APA-Economics»in məlumatına görə, bir qrup gənc tərəfindən yaradılan və «YUMROO» (www.yumroo.az) adlanan portalda istifadəçilər müxtəlif İnternet resurslarından ən son xəbərlər, valyuta məzənnəsi, universal poçt xidməti, istifadədə sadə olan bloqsfera, hava haqqında məlumat və s. xidmətlərdən yararlana bilər. Portalın əsas məqsədi İnternet istifadəçilərinin və saytın özü üçün böyük imkanlar yaradan bir çox xidmətləri təqdim edərək milli İnternetin inkişafını stimullaşdırmaqdır.
Hazırda portalın sınaq Beta versiyası istifadəyə verilib. Yaxın gələcəkdə isə portalda mobil telefonlar üçün kontent, ən son iş vakansiyaları, bir çox pulsuz on-line oyunlar, milli messencer, Azərbaycan-Rus-İngilis dillərində elektron lüğət, milli ictimai şəbəkə, avtomobillərin satışı, müxtəlif mövzularda FAQ, ulduz falı və portalın mobil versiyasının yaradılması nəzərdə tutulur. Eyni zamanda, İnternet saytların, malların və xidmətlərin satılması üçün müxtəlif servislər təqdim olunacaq.
Qeyd edək ki, portalın biznes-planına əsasən, cari ilin sonuna kimi istifadəçilərin sayı gün ərzində təxminən 20 min nəfər təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR