Bank Of Baku

«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir

«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir
# 02 oktyabr 2008 13:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın CDMA operatoru olan «CATEL» əhatə dairəsini genişləndirib.
«CATEL»dən «APA-Economics»ə verilən məlumata görə, Bakı, Səngəçal, Ələt, Abşeron yarımadası, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabranla yanaşı, Lənkəran və Astarada da «FONEX»lə rahat danışmaq mümkün olacaq. Danışığın dəqiqəsi «Birinci» tarif əsasında 1 qəpiyə olacaq. Şirkət ilin sonuna qədər Tovuz, Qazax, Ağsu, Quba və bir sıra digər şəhər və rayonları da əhatə dairəsinə daxil etməyi planlaşdırır.
Qeyd edək ki, «CATEL» şirkəti CDMA2000 standartında mobil rabitə xidmətləri göstərmək məqsədilə 2007-ci ilin aprelində yeni «FONEX» ticarət markasını telekommunikasiya bazarına çıxarıb. Şirkət 2004-cü ilin avqustundan Azərbaycanda ilk dəfə olaraq, ən müasir 3-cü nəsil «CDMA 2000 1x» mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya ikinci nəsil mobil rabitədən standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. xüsusiyyətlərinə görə fərqlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR