Bank Of Baku

BMW yeni krossoverinin ilkin variantını nümayiş edib

BMW yeni krossoverinin ilkin  variantını nümayiş edib
# 03 oktyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın BMW avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «BMW Concept X1» krossoverini nümayiş etdirib.
«APA-Economics»in məlumatına görə, hazırda sərgidə nümayiş olunan «BMW Concept X1» yeni modelin ilkin variantıdır və gələn ilin yanvar ayında Detroytda (ABŞ) keçiriləcək avtomobil sərgisində bu modelin istehsal olunacaq versiyası nümayiş olunacaq. Dünya avtomobil bazarına isə bu model 2009-cu ilin ortalarında çıxarılacaq.
Avtomobil mütəxəssislərinin fikrincə, «BMW Concept X1» modeli «BMW X3» modelinə çox oxşayır və sadəcə «X3»dən bir qədər qısadır. Belə ki, əgər «BMW X3»ün uzunluğu 4 569 mm təşkil edirsə, «BMW Concept X1» modelinin uzunluğu 4 457 mm-dir. Modellər arasında ciddi fərq olmasa da, yeni «BMW Concept X1»in satış qiyməti bir qədər ucuz olacaq. Belə ki, bu modelin satış qiymətinin təxminən 30-35 min avro olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR