Bank Of Baku

Azərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir

Azərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir
# 03 oktyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) əməkdaşları Zaqrebdə (Xorvatiya) BMT-nin Avropa dövlətləri üçün iqtisadi komissiyasının «Daşınmaz əmlak idarəçiliyinin insanlara və biznesə təsiri» mövzusunda keçirdiyi seminarda iştirak edir. Bu barədə «APA-Economics»ə DƏDRX-dən məlumat verilib.
Səfər çərçivəsində Xidmət nümayəndələri seminarda iştirak etməklə bərabər Azərbaycanda keçirilməsi planlaşdırılmış seminarla bağlı təşkilati məsələləri komissiya rəhbərliyi ilə müzakirə edəcək. Xorvatiyanın daşınmaz əmlakın idarə edilməsi sahəsində təcrübəsi ilə tanış olacaqlar.
Səfər çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə Xidmətin əməkdaşlıq etdiyi qurumların təmsilçiləri, xarici ekspertlərlə də məsləhətləşmələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, komissiyanın təşkil etdiyi bu cür seminarlar ildə iki dəfə keçirilir. Gələn ilin payızında analoji tədbirin Bakı şəhərində təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR