Bank Of Baku

Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq

Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq
# 03 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Oktyabrın 9-da Azərbaycanda dünya üzrə poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü qeyd olunacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə «Azərpoçt» Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçiriləcək, məruzələr dinləniləcək. Orta məktəb şagirdləri ilə görüşlər keçiriləcək, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat veriləcək. Bayramla əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün görüşlər təşkil olunacaq.
Oktyabrın 9-da «Azərpoçt» həmçinin poçt markaları sərgisinin təşkili, üç yeni poçt şöbəsinin açılışını, beş poçt şöbəsi üçün tikilmiş yeni binaların istifadəyə verilməsini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR