Bank Of Baku

Dünya Bankının yol missiyası Azərbaycana gəlib

Dünya Bankının yol missiyası Azərbaycana gəlib
# 06 oktyabr 2008 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dünya Bankının (DB) avtomobil yol layihələri üzrə missiyasının Azərbaycana səfəri başlayıb.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə Bankın nəqliyyat üzrə baş mütəxəssisi Kristofer Bennet (Cristopher Bennett) başçılıq edir.
«Səfər çərçivəsində Dünya Bankının nümayəndə heyəti Azərbaycan Nəqliyyat Nazirliyində bir sıra görüş keçirəcək və hazırda ölkədə magistral yolların yenidən qurulması ilə bağlı icra olunan layihələrin gedini müzakirə edəcək. Nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 14-dək davam edəcək», - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, hazırda «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması-II» layihəsi icra olunur. Bu layihə üçün Azərbaycan hökumətinə DB tərəfindən 200 mln. ABŞ dolları məbləğində kredit ayrılıb. Əlavə maliyyə vəsaitinin həcmi isə təxminən 300 mln. dollar olacaq. Layihəyə Ələt-Masallı, Kürdəmir-Ucar, Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması və H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinədək avtomobil yolunun tikintisi komponentləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR