Bank Of Baku

Azərbaycanda rouminq danışıqlarının tarifləri azaldıla bilər

Azərbaycanda rouminq danışıqlarının tarifləri azaldıla bilər
# 08 oktyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Gələn ildən Avropa istiqamətində rouminq danışıqları üçün tariflərin endirilməsi mümkündür. «APA-Economics»in məlumatına görə, Avropa Komissiyası qanunvericilik bazası çərçivəsində qitə daxilində mobil telefon danışıqlarının tariflərini endirmək niyyətindədir. Avropa Komissiyası mobil rabitə operatorlarının daxili hesablamaları üçün tətbiq etdikləri tariflərini real dəyərindən artıq olduğunu hesab edir. Bununla bağlı Avropanın vahid telekommunikasiya nizamlayıcısı operatorlararası telefon tariflərinin eyniləşdirilməsini nəzərdə tutan layihə hazırlayır.
Bu günə Avropa İttifaqına üzv olan 27 ölkənin demək olar ki, bütün operatorları zəngin bir şəbəkədən digərinə yönəldilməsi üçün əlavə haqq tutur və bu, danışığın qiymətinə təsir göstərir. Avropa İttifaqına təqdim olunmuş məlumata əsasən, zəngin bir şəbəkədən digərinə istiqamətləndirilməsi üçün tutulan haqq ölkədən asılı olaraq 2-18 avrosent təşkil edir. Bu, stasionar rabitə operatorlarının analoji tarifindən 9 dəfə çoxdur. Ümumiyyətlə, Avropa Komissiyası 2011-ci ilədək qitə daxilində mobil rabitə tariflərini 70% endirmək niyyətindədir. Bu halda bir zəngin qiyməti təxminən 35 avrosent, SMS-in qiyməti isə 20 avrosentədək düşəcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə «APA-Economics»ə bildirilib ki, Avropada gözlənilən tarif dəyişiklikləri gələcəkdə Azərbaycanda da bu istiqamətdə rouminq tariflərinə təsir edə bilər.
Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq danışığın 1 dəqiqəsinin qiyməti operatordan və ölkədən asılı olaraq 0,30-0,70 AZN (0,36-0,84 ABŞ dolları) diapazonunda dəyişir. SMS-ə gəldikdə, bu göstərici ərazidən asılı olmayaraq 0,05-0,07 AZN təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR