Bank Of Baku

Avropanın avtomobil bazarı böhran vəziyyətindədir

Avropanın avtomobil bazarı böhran vəziyyətindədir
# 08 oktyabr 2008 11:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sentyabr ayında Avropada avtomobil satışı 9,2% azalıb, bəzi ölkələrdə isə kəskin azalma müşahidə olunub. Belə ki, İrlandiyada satışın həcmi 62%, İspaniyada – 32,2%, Böyük Britaniyada – 21,2% düşüb. İtaliyada bu göstərici 6,5%, Almaniyada 1,5%-ə bərabər olub, Fransada isə əksinə, 8,4% artıb. «J.D. Power Automotive Forecasting» tədqiqat şirkətinin ekspertlərinin fikrincə, dünya avtomobil bazarı hazırda son 10 ilin minimumuna enib və bu proses hələ 1,5 il davam edəcək.
Belə şəraitdə bir sıra avtomobil istehsalçısı müvəqqəti olaraq istehsalın dayandırılmasını bəyan edib. Artıq «General Motors» şirkəti iki «Opel» zavodunun işini dayandırdığını elan edib və «General Motors»a məxsus digər zavodların da dayandırılacağı istisna olunmur. Bundan başqa, «Şkoda» şirkəti də beşgünlük fasilə elan edib. Maliyyə böhranı hətta Gorki avtozavodun (QAZ) istehsalına da təsir edib. Belə ki, GAZ «Gazel» markalı avtomobillərin istehsalının dördgünlük dayandırılması barədə qərar çıxarıb.
Qeyd edək ki, avtomobil bazarında belə hadisələrin əsas səbəbi tələbatın, yəni alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsi ilə bağlıdır. Həmin tendensiyalar artıq Azərbaycanda da özünü göstərir, lakin burada səbəb banklar tərəfindən istehlak kreditlərini dayandırılmasıdır. Nəticədə, yeni avtomobillərin satışının kəskin şəkildə azalmasını proqnozlaşdırmaq olar, təkrar bazarda isə hazırda 5-10% səviyyəsində qiymətlərin enməsi müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR