Bank Of Baku

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası noyabrın əvvəlində yenidən istifadəyə veriləcək

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası noyabrın əvvəlində yenidən istifadəyə veriləcək
# 10 oktyabr 2008 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Metropoliteninin «İçərişəhər» stansiyası (keçmiş «Bakı Soveti») bu ilin noyabr ayının əvvəlində yenidən istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Bakı Metropolitenindən məlumat verilib.
Hazırda stansiyanın üst hissəsində piramida formalı günbəzlər qurulur. Stansiyanın noyabrın 8-də - metro işçilərinin peşə bayramı günü ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, «İçərişəhər» stansiyası bu ilin aprel ayında təmirə dayandırılıb. Təmir nəticəsində stansiyanın həm daxili, həm də xarici görünüşü dəyişəcək. Bu məqsədlə stansiyanın üzərindəki qalın beton örtük götürülərək şüşə piramida ilə əvəzlənib.
Qeyd edək ki, təmir işlərinin cari ilin avqust ayında başa çatdırılması planlaşdırılırdı. Lakin Gürcüstanda gedən hərbi əməliyyatlar Qara dəniz vasitəsi ilə Gürcüstan limanlarına avadanlığın gətirilməsini ləngidib.
Bakı Metropoliteni 1967-ci ildə istifadəyə verilib. Hazırda Metropolitenin 21 stansiyası və 1 deposu var. Bu stansiyalardan biri – «Nəsimi» oktyabrın 9-da açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR