Bank Of Baku

Bakı-Lənkəran marşrutu ilə ilk sərnişin aviareysi yerinə yetirilib

Bakı-Lənkəran marşrutu ilə ilk sərnişin aviareysi yerinə yetirilib
# 11 oktyabr 2008 09:16 (UTC +04:00)
«Bundan sonra Bakı-Lənkəran aviareysi hər həftənin II və VI günləri saat 09:00-da yerinə yetiriləcək. Hələ saat 09:00-da həyata keçirilən reys hava şəraitinin mülayim olmaması səbəblərindən reys təxirə salınmışdı. Lakin əlverişli hava şəraitinin yaranması reysin yerinə yetirilməsinə imkan verib” deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, Bakı-Lənkəran sərnişin aviareysi AZAL-ın Fransadan yeni aldığı ATR təyyarələri ilə həyata keçirilir. Aviabiletin satış qiyməti Bakı-Lənkəran marşrutu ilə 41 manat, Bakı-Lənkəran-Bakı marşrutu ilə isə 82 manat təşkil edir.

Xatırladaq ki, Lənkəran Hava Limanının tikintisinə dövlət büdcəsindən 51,1 mln. manat ayrılıb. Aeroport gələcəkdə beynəlxalq status alarsa, buradan beynəlxalq sərnişin və yük daşımalarının da həyata keçirilməsi mümkün olacaq. Hava limanının açılış mərasimi isə yaxın günlərdə keçiriləcək. Hazırda AZAL Bakı-Naxçıvan, Bakı-Gəncə və Bakı-Zaqatala ölkədaxili sərnişin aviareyslərini həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR