Bank Of Baku

Azərbaycan və Koreya kadastr sahəsində birgə layihələr həyata keçirəcək

Azərbaycan və Koreya kadastr sahəsində birgə layihələr həyata keçirəcək
# 13 oktyabr 2008 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Koreya kadastr sahəsində birgə layihələr həyata keçirməyi, həmçinin bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi üçün birgə təlimlər təşkil etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib.
Ötən həftə Koreya Kadastr Xidməti Korporasiyasının nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında bu barədə razılaşma əldə olunub. Səfər müddətində koreyalı mütəxəssislər DTXK-də və onun icraçı strukturlarında çoxsaylı görüşlər keçirib, Komitənin regionlarda fəaliyyəti ilə tanış olublar. DTXK və Koreyanın KOICA təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR