Bank Of Baku

Gələn həftə Azərbaycanın paytaxtında Avrasiya Sement Forumu keçiriləcək

Gələn həftə Azərbaycanın paytaxtında Avrasiya Sement Forumu keçiriləcək
# 17 oktyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayının 19-21-də Bakıda Avrasiya Sement Forumu - VIII Beynəlxalq «Sement sənayesi və bazar» Mərkəzi Asiya Sərgi-Konfransı keçiriləcək. «Qaradağ sement» ASC-dən «APA-Economics»ə verilən məlumata əsasən, forum «Qaradağ Sement» və Rusiyanın «BiznesSem» şirkətləri tərəfindən birgə təşkil olunur.
Forumun əsas mövzusu MBD və Avropa ölkələrinin müasir iqtisadi inkişaf mərhələsində sement sənayesinin strateji və texniki yenilənməsi olacaq. Tədbir çərçivəsində tikinti materialları, sement və sement məhsulları bazarının inkişafı, hazırkı vəziyyəti və tendensiyalar, investisiya istiqamətləri, sement müəssisələrinin tikintisi, yenidən qurulması və müasirləşdirməsi, sement və tikinti materialları istehsalında müasir texnologiyalar, xammalın hasilatı üzrə texnologiyalar, sementin idxalı, məhsulun sertifikatlaşdırılmasına dair müasir tələblər, sement və tikinti materiallarının daşınması, enerji təchizatı və ekoloji təmiz istehsalat kimi məsələlər müzakirə olunacaq.
«Qaradağ Sement» ASC-dən bildirilib ki, son zamanlar Azərbaycanda yaşayış və qeyri-yaşayış tikintisi xeydi genişlənib, sement və tikinti materiallarının hazırkı istehsal səviyyəsi bazardakı mövcud tələbatı tam təmin edə bilmir. Bununla belə, hazırda mövcud olan müəssisələrin müasirləşdirilməsi və yenidən qurulması, habelə yeni müəssisələrin yaradılması zərurəti yaranıb.
Qeyd edək ki, ilk beynəlxalq sement fotumu 2001-ci ilin oktyabr ayında Daşkənddə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR