Bank Of Baku

Azərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır

Azərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır
# 17 oktyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11% artır. APA-nın məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında bildirib. Tədbir ötən həftə Azərbaycan nümayəndə heyətinin qatıldığı «Ukrayna 2008» Beynəlxalq Turizm Sərgisinin nəticələrinə həsr olunub.
A.İsmiyev bildirib ki, Ukraynaya səfər zamanı Azərbaycanın nazirlik və özəl turizm şirkətlərinin təmsilçiləri Ukrayna Dövlət Turizm və Kurort Xidmətinin rəhbərliyi, həmçinin yerli şirkət və təşkilatlarla görüşlər keçirilib. Görüşlərdə aparılan danışıqlarda əsas diqqət turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və optimallaşdırılması yolları diqqət mərkəzində saxlanılıb.
A.İsmiyev qeyd edib ki, əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci ildə bu göstərici 1 mln-u üstələyib, cari ilin ilk yarısında isə ötən ilin ilk yarımilliyi ilə müqayisədə 200 min nəfər artıb. Eyni zamanda, 2007-ci ildə turizm sahəsində formalaşan gəlirlərin məcmu həcmi təxminən 177 mln. ABŞ dolları, bu ilin ilk yarısının yekununda isə 96,5 mln. dollar təşkil edib.
Şöbə müdirinin sözlərinə görə, əgər 2002-ci ildə Azərbaycanda 94 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərirdisə, artıq bu gün həmin göstərici 337-yə çatıb. A.İsmiyev vurğulayıb ki, Azərbaycan turizm sektorunun əsas inkişaf dövrü son 6-7 ilə təsadüf edir.
Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının başçısı Miroslav Blaşşuk bildirib ki, 2008-ci ilin yanvar-avqust ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 700 mln. dollara çatıb və ötən ilin analoji 8 aylıq göstəricisini 20% üstələyib.
M.Blaşşuk xüsusi vurğulayıb ki, Ukrayna turistlərinin cəlb edilməsi üçün Azərbaycanda bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər turistlər üçün optimal həddə endirilməlidir, yeni çarter aviareysləri açılmalıdır, əlavə investisiyalar yatırılmalıdır və s.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR