Bank Of Baku

Türkiyənin «UYUMSOFT» şirkəti ilin sonunadək Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir

Türkiyənin «UYUMSOFT» şirkəti ilin sonunadək Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
# 17 oktyabr 2008 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «UYUMSOFT» kompüter sistemləri və texnologiyaları şirkəti bu ilin sonuna kimi Azərbaycanda nümayəndəliyini açmağı planlaşdırır. «APA-Economics»in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, şirkət Azərbaycanla yanaşı yaxın vaxtlarda Qazaxıstan və Türkmənistanda da ofislərini açmağı nəzərdə tutub.
Şirkətin baş direktoru Mehmet Öndər bildirib ki, «UYUMSOFT» hazırda Azərbaycan bazarında proqram təminatı və məsləhətlərin verilməsi sahəsində fəaliyyət göstərir: «Azərbaycanda proqram təminatı sahəsində geniş potensial mövcuddur. Bu səbəbdən bu il ərzində Bakıda ilk ofisimizi açmağı planlaşdırırıq. Azərbaycanın enerji, təhsil, maliyyə, səhiyyə sahələrində və özəl sektorda layihələr həyata keçirmək niyyətindəyik. Bundan sonra digər türkdilli ölkələrdə, Yaxın Şərqdə və Afrikada ofislər açmaq niyyətimiz var».
Qeyd edək ki, «UYUMSOFT» şirkətinin məhsulları arasında büdcə idarəetmə, maliyyə idarəetmə, elektron satış sistemləri, cizgilərin hazırlanması, nəzarət idarəetmə sistemləri və s. var. «UYUMSOFT» 450-dən artıq şirkətə proqram təminatı və digər xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR