Bank Of Baku

Azərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb

Azərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb
# 20 oktyabr 2008 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) dəmir yolunun respublika üzrə bütün təsərrüfatlarına payız komissiya baxışına başlayıb.
ADDY-dan «APA-Economics»ə verilən məlumata görə, baxış zamanı təsərrüfatların cari vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümündə işə hazırlanmasının gedişi yoxlanılacaq.
Yoxlama Yalama stansiyasından başlayaraq Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Hacıqabul-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları əhatə olunmaqla davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR