Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki ali orqanının iclasında iştirak edəcək

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki ali orqanının iclasında iştirak edəcək
# 20 oktyabr 2008 09:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) iyulun 23-dən avqustun 12-dək Cenevrə (İsveçrə) şəhərində keçirilən 24-cü konqresindən sonra ilk sessiyası Berndə (İsveçrə) olacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 29-dan noyabrın 11-dək ÜPİ-nin Poçt İstismarı Şurasının, noyabrın 12-dən 14-dək Administrativ Şuranın iclası keçiriləcək. Azərbaycanı ÜPİ-nin hər iki ali orqanının iclasında RİTN-in nümayəndə heyəti təmsil edəcək. İclasda növbəti 4 il üçün poçt sahəsinin perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan ÜPİ-yə 1993-cü ilin aprelində, qurumun Poçt İstismarı və Administrativ Şuralarına isə 24-cü konqresdə 4 il müddətinə üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR