Bank Of Baku

Azərbaycan iki ildən sonra yeni rəqəmsal televiziya ötürücülərini sayı artıracaq

Azərbaycan iki ildən sonra yeni rəqəmsal televiziya ötürücülərini sayı artıracaq
# 22 oktyabr 2008 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) qarşısında götürdüyü öhdəlik əsasında 2015-ci ilədək teleradio yayımında rəqəmsal sistemə keçəcək. Bu barədə «APA-Economocs»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədov məlumat verib.
Ə. Məmmədovun sözlərinə görə, televiziya, radio ötürücülərinin rəqəmsal sistemə keçməsi tezlik resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq.
İdarə rəisi hesab edir ki, 2010-cu ildən Azərbaycanda artıq yeni rəqəmsal televiziya ötürücülərinin quraşdırılması geniş vüsət alacaq: «Yeni texnologiyanın gəlişi ilə yeni xidmət növləri yaranacaq. DRİ mülkü məqsədlər üçün nəzərdə tutulan tezlik resurslarının bu istiqamətə yönəldilməsi, istismar olunması, istismara nəzarət edilməsi prosesini daha da təkmilləşdirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR