Bank Of Baku

Azərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək

Azərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək
# 28 oktyabr 2008 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Oktyabrın 29-dan Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali rəhbər orqanları olan Administrativ Şura və Poçt İstismarı Şurasının təşkilatın 24 Konqresindən sonra ilk sessiyaları keçiriləcək. Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «Azərpoçt» Dövlət Müəssisəsinin əməkdaşları təmsil edəcəklər.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 14-dək davam edəcək sessiyalarda bir sıra məsələ, o cümlədən ÜPİ-nin 24-cü Konqresində vaxt çatışmazlığından təxirə salınmış təkliflərə və Azərbaycan poçt administrasiyasının təqdim etdiyi 9 təklifə baxılacaq. ÜPİ-nin yeni seçilmiş rəhbər orqanlarının işçi və layihə qruplarında çalışmaq üçün müraciət etmiş ölkələrin həmin qruplarda təmsil olunması məsələsinə də baxılıb təsdiq edilməsi gündəlikdə durur. Azərbaycan hər iki şuranın işçi və layihə qruplarında təmsil olunmaq üçün müraciət edib.
Qeyd edək ki, ÜPİ-nin 24-cü Konqresində Azərbaycan hər iki Şuraya üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR