Bank Of Baku

Gələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq

Gələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq
# 30 oktyabr 2008 13:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Mercedes-Benz» şirkəti 2009-cu il ərzində yeni «ML450» və «S-Class» avtomobillərinin istehsalına başlayacaq.
«APA-Economics»in məlumatına görə, hər iki model hibrid mexanizmlərlə təchiz olunacaq. Yeni «ML450 Hybrid» 256 at gücündə 6 silindrli benzin mühərriklə və iki ədəd elektrik mühərriki ilə (hər biri 54 at gücü) təchiz olunacaq. Bu avtomobil 100 km məsafəyə cəmi 7,7 litr yanacaq işlədəcək.
Yeni «S-Class» avtomobili «ML450 Hybrid» kimi təchiz olunacaq. Lakin «S-Class»da cəmi bir ədəd elektrik mühərriki olacaq. «Mercedes-Benz» şirkəti 2010-cu ildə həmin «S-Class» modelini həmçinin dizel mühərriki ilə də təchiz etmək niyyətindədir.
Qeyd edək ki, 2010-cu ildə hibrid mexanizminin həmçinin «E-Class» və «C-Class» modellərində quraşdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR