Bank Of Baku

«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb

«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb
# 30 oktyabr 2008 13:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Yeni «Elektron Azərbaycan» Dövlət Proqramının (2009-2012-ci illər) layihəsinin ilkin variantı artıq hazırdır. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
R.Gülməmmədov qeyd edib ki, hazırda dövlət proqramının layihəsinin hazırlanması məqsədilə yaradılan işçi qrupu sənəd üzərində işi davam etdirir. Proqram çərçivəsində elektron hökumətin qurulması, elektron sənəd dövriyyəsi, regional innovasiya zonaları, Milli Super Kompüter Mərkəzinin yaradılması, elektron sənəd dövriyyəsi üzrə praktiki işlərə başlanılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı ölkə prezidenti tərəfindən 2005-ci ilin oktyabrında təsdiqlənib. Proqramda Azərbaycanda İKT sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi, informasiya cəmiyyətinə keçidin təmini üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və s. nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR