Bank Of Baku

«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb

«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb
# 30 oktyabr 2008 14:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti bu ilin sentyabr ayı ərzində ölkə ərazisində yeni quraşdırdığı 21 baza stansiyasını istifadəyə verib.
Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, yeni stansiyaların 2-si Abşeron yarımadası, 11-i Bakı şəhəri, 3-ü Dəvəçi, 1-i Gədəbəy, 2-si Xaçmaz, 1-i Şamaxı, 1-i Salyan rayonunda quraşdırılıb. Hazırda mobil operator ölkə ərazisinin 80%-ni mobil rabitə xidməti ilə təmin edir.
Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrı 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR