Bank Of Baku

«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb

«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb
# 31 oktyabr 2008 16:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) genişzolaqlı İnternet xidmətlərinin (limitsiz ADSL) tariflərini yenidən aşağı salıb.
«Aztelekom»dan «APA-Economics»ə verilən məlumata görə, noyabrın 1-dən birdəfəlik qoşulma haqqı 20 manatdan 10 manata (50%), sürətə görə limitsiz kanalların qiyməti təqribən 30% aşağı salınır. Nəticədə, sürəti 64/64 kbit/s olan kanaldan aylıq istifadə haqqı 35 manatdan 28 manata, müvafiq olaraq, 128/64 kbit/s kanaldan aylıq istifadə haqqı 50 manatdan 35 manata, 128/128 kbit/s kanaldan aylıq istifadə haqqı 60 manatdan 45 manata, 256/128 kbit/s kanaldan aylıq istifadə haqqı 100 manatdan 70 manata, 256/256 kbit/s kanaldan aylıq istifadə haqqı 115 manatdan 90 manata, 512/256 kbit/s kanaldan aylıq istifadə haqqı 250 manatdan 170 manata, 512/512 kbit/s kanaldan aylıq istifadə haqqı 300 manatdan 220 manata, 1024/512 kbit/s kanaldan aylıq istifadə haqqı 450 manatdan 320 manata, 1024/1024 kbit/s kanaldan aylıq istifadə haqqı 720 manatdan 500 manata endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR