Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada bütün öncədən ödənişli «Nar Mobile» tarif planlarının («Tələbə», «Nar Mobile Məkanı», «Həvəskar», «Xoş Xəbər», «Rəngarəng Zövqlər», «Məqsədə Doğru») abunəçiləri iştirak edir. Kampaniyada yalnız 5 manat, 10 manat, 20 manat və 50 manat nominallı ödəniş kartları iştirak edir.
«Bonus Mövsümü» kampaniyasının şərtlərinə əsasən, abunəçilər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə edirlər. Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#Yes şifrəsini yığmaq kifayətdir.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.
Balansın bir neçə dəfə artırıldığı halda bütün bonuslar - Pulsuz Dəqiqələr, SMS və MMS-lər cəmlənir:
Balansın artırılması | Pulsuz Dəqiqə | Pulsuz SMS | Pulsuz MMS |
50 AZN | 525 | 50 | 50 |
20 AZN | 195 | 20 | 20 |
10 AZN | 90 | 10 | 10 |
5 AZN | 45 | 5 | 5 |