Bank Of Baku

Azərbaycan paytaxtında mənzillərin orta satış qiyməti son bir ayda 1% artıb

Azərbaycan paytaxtında mənzillərin orta satış qiyməti son bir ayda 1% artıb
# 07 noyabr 2008 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikililərin sayı əvvəlki aya nisbətən 4 ədəd artaraq 554-ə çatıb.
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, onların inşası 208 tikinti təşkilatı tərəfindən aparılır. Ay ərzində 1 binada mənzil satışı tamamlanıb. Daha beş yeni bina isə bazara daxil olub.
Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Nəsimi rayonu isə Xətai rayonunu qabaqlayaraq ikinci mövqeyə keçib. Bu üç rayonda tikilən yeni tikililər ümumi tikinti portfelindəki yeni tikililərin 66,9%-ni təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı bir ciddi dəyişiklik baş verməyib.
Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti əvvəlki ayla müqayisədə oktyabrda 0,7% artaraq 1 194 dollar/kv. metrdən 1 202 dollar/kv. metrə çatıb. Orta qiymətə uyğun olaraq, qiymət indeksi də 3 bənd artaraq 456 bənddə qərarlaşıb. Əsas qiymət artımı isə Xətai (1,8%) və Yasamal (0,5%) rayonlarında qeydə alınıb, digər rayonlar üzrə qiymətlərdə sabitlik müşahidə olunub.
Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 120,1 kv. metrdən 120,2 kv. metrə (0,08%) qədər artıb. Orta blok və mərtəbə göstəricisi keçən aydakı kimi müvafiq olaraq 2,3 blok və 15,1 mərtəbə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR