Bank Of Baku

Gələn həftə Azərbaycanda keçiriləcək beynəlxalq telekommunikasiya sərgisində 21 ölkədən 105 şirkət iştirak edəcək

Gələn həftə Azərbaycanda keçiriləcək beynəlxalq telekommunikasiya sərgisində 21 ölkədən 105 şirkət iştirak edəcək
# 07 noyabr 2008 12:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin noyabr ayının 11-14-də Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə Bakıda XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2008) keçiriləcək.
«İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin himayəsi ilə keçirilən bu beynəlxalq tədbirə 21 ölkədən 105 şirkət qatılacaq. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, televiziya və radioyayım avadanlıqları və texnologiyaları, proqram təchizatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-hökumət və e-təhsil və s. üzrə məhsul və xidmətlər nümayiş olunacaq.
«BakuTel-2008» sərgisini Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Rabitə Sahəsində Regional Birlik, BMT və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) dəstəkləyir.
Noyabrın 11-də sərgi ilə yanaşı, «Yüksək sürətli TransAvrasiya İnformasiya Magistralı» mövzusunda keçiriləcək Regional Nazirlər İclasının açılış mərasimi olacaq.
Həmçinin, noyabrın 12-də Azərbaycan-Estoniya birgə seminarı, Azərbaycan-İsrail yüksək texnologiyalar seminarı, eyni zamanda SPECA layihəsinin işçi qrupunun elmi bazanın inkişafı üzrə təntənəli sessiyası və Kaliforniya İKT missiyası ilə görüş keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR