Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Şurasının növbəti sessiyasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Şurasının növbəti sessiyasında iştirak edəcək
# 07 noyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin noyabrın 10-14-də Londonda (Böyük Britaniya) keçirilməsi planlaşdırılan Beynəlxalq Dəniz Təşkilatı Şurasının 101-ci sessiyasında iştirak edəcək. Bu barədə «APA-Economics»ə ADDA-nın ictimai-siyasi xidmətindən məlumat verilib.
Dünyanın əksər ölkələrinin müvafiq qurumlarının rəhbərlərinin qatılacağı tədbirdə dəniz mühitinin qorunması, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz nəqliyyatının inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunacaq. Həmçinin, toplantıda əməkdaşlığın inkişafı, təcrübə mübadilələrinin təşkili mövzularında fikir mübadilələri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR