Bank Of Baku

Azərbaycanda «BakuTel-2008» beynəlxalq İKT sərgisi işə başlayıb- YENİLƏNİB

Azərbaycanda «BakuTel-2008» beynəlxalq İKT sərgisi işə başlayıb- <font color=red>YENİLƏNİB</font>
# 11 noyabr 2008 12:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, səginin açılış mərasimində ölkə prezidenti İlham Əliyev, hökumət rəsmiləri, həmçinin xarici dövlətlərin nümayəndələri, beynəlxalq qurum və təşkilatların təmsilçiləri iştirak ediblər. Dövlət başçısı qonaqlarla birlikdə sərgi pavilyonunda nümayiş olunan stendlərlə yaxından tanış olub.
Xəzər regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində ən böyük sərgi olan «BakuTel»i Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu dəstəkləyir. Qey edək ki, Azərbaycan prezidentinin himayəsi ilə keçirilən bu sərginin açılış mərasimində 15-dən çox ölkənin rəsmi şəxsləri və biznes qurumlarının nümayəndələri iştirak edib.
Sərgi çərçivəsində bu gün Bakıda Regional Nazirlər Toplantısı da keçiriləcək. Nazirlər toplantısının keçirilməsində məqsədin Azərbaycan daxil olmaqla, Bolqarıstandan Pakistanadək regionda yüksək sürətli informasiya magistralının yaradılması və onun dünya informasiya magistralına birləşdirilməsidir.
Sərgi çərçivəsində noyabrın 12-də Azərbaycan-İsrail, Azərbaycan-Estoniya seminarları, Azərbaycan-Kaliforniya biznes forumu keçiriləcək.
«İteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən bildirilib ki, «BakuTel-2008» sərgisində ABŞ, Fransa, Almaniya, Türkiyə, İsrail, Rusiya, Çin və s. daxil olmaqla, 21 ölkədən 105 şirkət iştirak edir. Noyabrın 14-də tamamlanacaq sərgi iştirakçılarının 40%-i yerli şirkətlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR