Bank Of Baku

Azərbaycanla Belarus arasında İKT sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycanla Belarus arasında İKT sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
# 13 noyabr 2008 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bakıda keçirilən XIV Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı («BakuTel-2008») çərçivəsində «Azərbaycan və Belarus arasında İKT sahəsində əməkdaşlığın inkişafı üzrə birgə Tədbirlər Planı» imzalanıb. Sənədi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adından nazir müavini Elmir Vəlizadə, Belarus Rabitə və İnformasiya Nazirliyi adından isə nazir müavini Nikolay Strukov imzalayıblar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasında İKT sahəsində əməkdaşlığın genişləndiyini və bu münasibətlərin hər iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ölkənin əməkdaşlığın bundan sonra daha da genişlənməsində maraqlı olduğunu bildirib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sənədin hər iki tərəf üçün əhəmiyyətinin yüksək olduğunu deyib. Nazirin sözlərinə görə, birgə tədbirlər planı iki ölkə arasında İKT üzrə imzalanan ilk sənəd olsa da, bu sahədə gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, bununla da hər iki ölkə arasında əməkdaşlığın yeni bir mərhələsi başlanacaq.
Qeyd edək ki, birgə Tədbirlər Planında növbəti ildə biznes-forumun keçirilməsi, kadr hazırlığı və digər məsələlər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR