Bank Of Baku

Gələn il Azərbaycanda beynəlxalq telefon danışıqları və İnternet tarifləri 25% azaldılacaq

Gələn il Azərbaycanda beynəlxalq telefon danışıqları və İnternet tarifləri 25% azaldılacaq
# 13 noyabr 2008 12:19 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) 2008-ci ilin noyabr ayının əvvəlindən etibarən ADSL xidmətlərinə görə tarifləri aşağı salıb. Belə ki, həmin qiymətlərlə İnternetə qoşulma sürəti artırılıb.
BTRİB-dən «APA-Economics»ə verilən məlumata görə, əgər bundan öncə İnternetə 64 Kbit/saniyə sürətilə qoşulmaq üçün abunəçi ayda 39 manat ödəyirdisə, artıq noyabrın əvvəlindən etibarən həmin tariflə 128 Kbit/saniyə sürətilə qoşulmaq imkanı yaranıb. İnternetə qoşulma tariflərinin dəyişilməsi yalnız 512 Kbit/saniyədək aktualdır.
Qeyd edək ki, həmçinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu ildə rabitə xidmətlərində bir sıra dəyişikliklər etmək niyyətindədir. Belə ki, beynəlxalq danışıqlar və İnternet xidmətlərinin tarifləri 20-25% endiriləcək. Lakin bununla yanaşı aylıq abunə haqlarının artırılacağı da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR