Bank Of Baku

Gəncə Avtomobil Zavodunun Türkiyədə rəsmi nümayəndəliyi açılacaq

Gəncə Avtomobil Zavodunun Türkiyədə rəsmi nümayəndəliyi açılacaq
# 13 noyabr 2008 12:51 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə Avtomobil Zavodu (GAZ) yaxın günlərdə Türkiyədə rəsmi nümayəndəliyini açacaq. Zavodun direktoru Xanlar Fətiyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Türkiyə bazarında aparılan marketinq araşdırmaları zamanı il ərzində orta hesabla 36 000 traktor satıldığı müəyyənləşib. Bu maşınların 8-9 min ədədi Türkiyədə istehsal olunur, digərləri isə xarici ölkələrdən ğətirilir. GAZ Türkiyə bazarında ildə 300-500 traktor satmağı planlaşdırır. Türkiyənin qanunvericiliyinə görə, hansısa bir texnikanı satan müəssisə ölkə daxilində texniki nəzarət və xidməti də həyata keçirməlidir. APA-nın yerli bürosunun məlumatına görə, il ərzində istehsal gücü 8-10 min traktor olacaq Azərbaycan-Belarus birgə müəssisəsi yaradılması nəzərdə tutulub. Müəssisə işə başladıqdan sonra traktorların İran, Türkiyə, Gürcüstan və Rusiyada satılması planlaşdırılır.


.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR