Bank Of Baku

Naxçıvanda əhalinin yarısı mobil rabitə abunəçisidir

Naxçıvanda əhalinin yarısı mobil rabitə abunəçisidir
# 14 noyabr 2008 07:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) rabitə sektoruna 2008-ci il ərzində 2 mln. manatdan artıq investisiya qoyulub. Naxçıvan MR-nın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov «APA-Economics»ə açıqlamasında bildirib ki, gələn il bu sahəyə yönəldiləcək investisiyanın məbləğinin bundan da çox olacağı gözlənilir.
Azərbaycanın bütün GSM mobil operatorlarının Naxçıvanda fəaliyyət göstərdiyini deyən nazir «Catel» şirkətinin də Naxçıvan ərazisində öz şəbəkəsini yaratmaq niyyətini dəstəklədiyini söyləyib. R.Məmmədovun sözlərinə görə, ötən il MR-da 120 mindən artıq mobil abunəçi olub. Hazırda bu göstərici 160 minə çatıb və bu, əhalinin yarısının mobil rabitə xidmətindən istifadə etməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR