Bank Of Baku

«Azercell» şirkəti Boliviyanın mobil rabitə operatoru ilə beynəlxalq rouminq sazişi bağlayıb

«Azercell» şirkəti Boliviyanın mobil rabitə operatoru ilə beynəlxalq rouminq sazişi bağlayıb
# 14 noyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq rouminq dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» ilə Boliviyanın «Nuevatel» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Bu, Boliviya ilə imzalanan ilk rouminq müqaviləsidir.
Qeyd edək ki, indiyə kimi «Azercell Telecom» şirkəti 145 ölkənin mobil rabitə operatorları ilə 360 rouminq sazişi imzalayıb.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell Telecom» şirkətinin abunəçilərinin sayı hazırda 3,5 mln. təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR