Bank Of Baku

«Rapid» şirkəti Azərbaycan bazarına «Soundcross» texnologiyasını çıxarıb

«Rapid» şirkəti Azərbaycan bazarına «Soundcross» texnologiyasını çıxarıb
# 14 noyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Cənubi Koreyanın «Rapid» şirkəti Azərbaycan bazarına yüksək keyfiyyətli səs studiyalarında transmissiya, studiyadan kənar yayım və digər rele tipli yayım üçün istifadə olunan yeni «Soundcross» texnologiyasını təqdim edib.
Şirkətin Araşdırmalar Departamentinin müdiri Hoyong Çeong «APA-Economics»ə açıqlamasında bildirib ki, yeni texnologiya analoq və ya rəqəmsal radiosiqnalın təkrar yayımı üçün istifadə olunan ayrıca audiokodekdir. «Soundcross» vasitəsilə rəqəmsal və ya audio stereosəsli aparat qəbul edilən siqnalı rəqəmsala çevirərək X.21, V.35, E1, peyk və ya mikrodalğalı radioverilişin köməyi ilə onu əsas aparata göndərir. Əks əməliyyatı isə rəqəmsal/analoqlu audiokodek həyata keçirir.
Qeyd edək ki, «Soundcross» texnologiyası artıq bütün dünyada istifadə olunur. «Rapid» şirkəti Azərbaycanda «Xəzər TV» və digər teleradioşirkətlərlə «Soundcross»un tətbiqinə dair danışıqlar aparmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR