Bank Of Baku

Azərbaycan paytaxtının tikinti materialları bazarında oktyabrda qiymət azalması qeydə alınıb

Azərbaycan paytaxtının tikinti materialları bazarında oktyabrda qiymət azalması qeydə alınıb
# 14 noyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında sentyabr ayı ilə müqayisədə orta hesabla 2,1% qiymət azalması baş verib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.
Ay ərzində qiyməti izlənilmiş 82 adda məhsuldan 43-ü üzrə qiymət azalması, 28-i üzrə stabillik, 11-i üzrə isə qiymət artımı müşahidə edilib.
Bahalaşma əsasən mişar daşı (11,8%), DSP (2,7%), zamazka (3,1%), elektrod (7,1%) üzrə qeydə alınıb. Ucuzlaşan məhsullar isə kərpic (9%), qum (16%), çınqıl (15%), taxta (8%), dikt (7%), DVP (5,7%), künyə (11,5%), şveller (4,6%), dəmir təbəqə (8,9%), sink təbəqə (9,5%), katinka (6,7%), şifer (6,5%), plastik boru (10,8%), lambir (10,4%), bitum (16,4%), alçipan (10,3%) olub.
ƏBİ-nin araşdırmaları göstərir ki, qiymətlərdə azalma əsasən yerli istehsalın artması və xaricdən gələn bəzi məhsulların tədricən rəqabətə davam gətirməyib bazardan çıxmasıdır. Ay ərzində qiymətində azalma müşahidə olunan 43 adda tikinti materiallarının 17-si xaricdə istehsal olunan məhsullardır. Eyni zamanda, qiymətində azalma müşahidə olunan tikinti materiallarından 5 adda məhsul ötən iki ay ərzində bazarda yerli istehsalla əvəzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR