Bank Of Baku

«Nar Mobile» ödənişlərin aktivlik müddətini altı dəfəyədək artırıb

«Nar Mobile» ödənişlərin aktivlik müddətini altı dəfəyədək artırıb
# 17 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» MMC («Nar Mobile» ticarət nişanı) abunəçilərinin rahatlığını təmin etmək məqsədilə «Nar Mobile» nömrələrinin ödənişdən istifadə müddətini, eləcə də daxil olan zənglərin müddətini uzadıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 15-dən etibarən abunə haqqı olmayan öncədən ödənişli tarif planlarının («Rəngarəng Zövqlər» 1 və 2, «Həvəskar», «Tələbə», «Nar Mobile Məkanı») abunəçiləri balansa yüklədikləri 2 manat və daha yüksək nominallı ödəniş kartları üçün istifadə müddəti 180 gün təşkil edəcək. Tətbiq edilən ödənişlərdən yeni istifadə müddəti bütün növ öncədən ödənişli tarif planlarının istifadəçiləri üçün nəzərdə tutulub: «Ödəniş müddəti bitdikdə nömrə 90 gün davam edən Birtərəfli Qadağa Statusuna keçəcək. Bu müddət ərzində balans artırılmadığı halda nömrə 90 gün davam edən İkitərəfli Qadağa Statusuna keçəcək. Qeyd olunan 360 gündən sonra balansın artırılmadığı halda nömrəyə xidmətin göstərilməsi dayandırılacaq».
Abunə haqqı olan öncədən ödənişli tarif planlarının («Xoş Xəbər», «Məqsədə Doğru») abunəçiləri 180 gün davam edəcək Birtərəfli Qadağa Statusunda balans bu müddət ərzində artırılmadığı halda nömrə daha 90 gün ərzində İkitərəfli Qadağa Statusunda olacaq. Göstərilən 270 gündən sonra nömrəyə xidmətin göstərilməsi dayandırılacaq.
Qeyd edək ki, bütün «Nar Mobile» abunəçiləri Birtərəfli Qadağa Statusunda olduqda «Mənə Zəng Et» xidmətindən yararlana biləcək. Abunəçi mobil rabitə xidməti haqqını «Nar Mobile» Mərkəzləri və müvafiq bank filiallarında nağd olaraq, müvəkkil bankların bankomatlarından istifadə edərək kredit kartı vasitəsilə və ya «Nar Kart» alaraq ödəyə bilər.
Xatırladaq ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR