Bank Of Baku

Azərbaycanda stasionar telefon çəkilişi üçün tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi üçün təkliflər hazırlanır

Azərbaycanda stasionar telefon çəkilişi üçün tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi üçün təkliflər hazırlanır
# 17 noyabr 2008 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» və «Baktelekom» İstehsalat Birlikləri ölkədə stasionar telefonların çəkilişi ilə tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi üçün təkliflər hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, bu ilin oktyabrın 15-də Azərbaycanın bütün yaşayış məntəqələrinin telefonlaşdırılması tam başa çatıb. Bu isə artıq ölkədə «100 ailəyə 100 telefon» layihəsinin həyata keçirilməsinə tam imkan yaradıb. Amma telefonların çəkilişi üçün 80 manat məbləğində ilkin vəsaitin ödənilməsi «100 ailəyə 100 telefon» layihəsinin icrasında problemlər yaradır. Ə.Abbasov hesab edir ki, əgər abonentlər bu ilkin ödənişdən azad edilsə, onda Azərbaycanda telefonlaşdırmanın sürəti artacaq: «Tarif Şurasının qərarına görə, telefon çəkilişi zamanı ilkin telefon ödənişi həyata keçirilir. Aylıq abunə haqqı 2 manatdır. Beynəlxalq və şəhərlərarası danışıqlar ödənişli, lokal danışıqlar ödənişsizdir. Hələlik biz bu sistemlə çalışırıq. Amma görünür, bu sistemin müəyyən qədər modernləşdirilməsinə ehtiyac var. Çünki bütün Azərbaycanda telefonlaşdırmanın tam başa çatmasına baxmayaraq, əhalinin telefonlardan istifadəsi o qədər də intensiv deyil».
Ə.Abbasov əlavə edib ki, araşdırmalar nəticəsində bu problemin daha çox kənd yerlərində olduğu məlum olub. Nazirin fikrincə, ilk ödəniş olmazsa, kənd yerlərində yaşayanlar bu sistemə daha fəal qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR